Vanqadan 2018 və sonrakı illər üçün proqnozlarbackend

Vanqadan 2018 və sonrakı illər üçün proqnozlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.az-a istinadən həmin proqnozlardan bəzilərini təqdim edir:

2018– Çin dünyanın əsas dövləti olacaq və Venera planetində enerji mənbəyi kəşf ediləcək.

2028– Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq.

2033– Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.

2043– Müsəlman bir dövlət yenidən Avropanın yeganə hökmdarı olacaq.

2046– Süni insan orqanları yaradılacaq.

2066– ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq.

2076– İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq.

2084– Təbiət yenidən yaranacaq.

2088– Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içərisində yaşlanacaqlar.

2091– Xəstəliyin müalicəsi tapılacaq.

2100– İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq.

2130– Yadplanetlilərin tövsiyəsilə su altında yaşayış koloniyaları salınacaq.

2167– Yeni bir din ortaya çıxacaq.

2170– Yer kürəsində böyük quraqlıq və qıtlıq başlayacaq.

2183– Marsdakı nüvə koloniyasında xalq formalaşacaq və Yer kürəsindən müstəqillik istəyəcək.

2256– Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.

2262– Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək.

2299– Fransada islama qarşı üsyan başlayacaq.

2480– İnsanın süni yaratdığı iki günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq.

3005– Marsda savaş başlayacaq.

3797– Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar.

İnterpress.az