AŞPA-nın münaqişələrə dair Alt Komitəsinin növbəti iclası yanvarın 16-da keçiriləcəkbackend

AŞPA-nın münaqişələrə dair Alt Komitəsinin növbəti iclası yanvarın 16-da keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın AŞPA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclas yanvarın 16-da Parisdə keçiriləcək.

İclasda əsasən Dnestryanı münaqişəsinə dair müzakirələr aparılacaq. Müzakirələrdə münaqişənin həllində vasitəçi olan ATƏT, Avropa İttifaqı nümayəndələri, həmçinin Moldovanın rəhbər şəxsləri iştirak edəcəklər.

Qeyd edək ki, alt komitənin rəhbəri AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakdır.

İnterpress.az