Elmar Məmmədyarov TürkPA-nın baş katibi ilə görüşdübackend

Elmar Məmmədyarov TürkPA-nın baş katibi ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər assambleyanın hazırkı və gələcək fəaliyyətinə toxunaraq üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Bu xüsusda, TürkPA-nın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb. Habelə TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığına dair müzakirə aparılıb.

Görüşdə A.Mamayusupov Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq Azərbaycanın qlobal dialoq mərkəzinə çevrildiyini bildirib.

İnterpress.az