“Dövlət qulluğu” haqqında qanuna dəyişiklik edildibackend

“Dövlət qulluğu” haqqında qanuna dəyişiklik edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qanun layihəsi barədə Əli Hüseynli bildirib ki, bu qanun vacib məsələni tənzimləməyə xidmət edir.

“Xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndəliklər, aparatların yaradılması kimi məsələlər bu qanunla tənzimlənəcək. Rusiya, Çin, Polşa ticarət nümayəndəlikləri var, təklif edilir ki, onların aparatları da yaradılsın. Gələcəkdə Azərbaycanın ciddi ticarət əlaqələrinin mövcud olduğu ticarət nümayəndəliklərinin yaradılması təklif edilir. Ticarət nümayəndəlikləri səfirlik və konsulluqlarda yaradılacaq. Hesab edirik ki, ölkə iqtisadiyyatının hazırkı məhələsində xarici ölkələrdə ticarət nümayəndəliklərinin mövcudluğu təqdirəlayiq haldır”.

Qanunun 21.6-cı maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil ediləcək.

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunacaq.

İnterpress.az