“Gürcüstan Azərbaycana münasibətdə haqsız davranır” – Millət vəkilibackend

“Gürcüstan Azərbaycana münasibətdə haqsız davranır” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gün Milli Məclisin 2017-ci ildə son plenar iclası keçirilir.
İclasın cari məsələlərin müzakirəsinə həsr olunmuş ilkin hissəsində millət vəkilləri Gürcüstanın Ermənistan üçün alternativ nəqliyyat dəhlizi açmaq niyyəti ciddi tənqid olunub.

Millət vəkili Qüdrət Həsənquliyev Gürcüstanın bu davranışını Azərbaycana xəyanət kimi qiymətləndirib:

Qüdrət Həsənquliyev
“Azərbaycan özünün ağır günlərində, vətəndaşlarının ağır vəziyyətində Gürcüstanın enerji problemlərinin həllinə dəstək olmaqla, etibarlı qonşu olduğunu göstərdi. Öz vətəndaşlarımız odun yandırdıqları halda, Gürcüstanı qazla təmin etdik ki, donmasınlar.

Azərbaycan Gürcüstanın ticarət dövriyyəsinə görə 4-cü tərəfdaşıdır. Eyni zamanda, Gürcüstana investisiya qoyuluşuna görə isə Azərbaycan 1-ci yerdədir. Azərbaycan Gürcüstana hərtərəfli yardım göstərir, bu ölkənin regional layihələrdəki maliyyə öhdəliyini yerinə yetirməsi üçün güzəştli kreditlər verir, aşağı qiymətlə qaz satır. Gürcüstan isə işğalçı Ermənistana yol vermək istəyir.

Biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş vermir. Bu məsələyə kəskin etiraz bildirilməlidir”.

İnterpress.az