Azərbaycan və Rusiya birgə dəniz səyahətləri təşkil edəcəkbackend

Azərbaycan və Rusiya birgə dəniz səyahətləri təşkil edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məqalədə bildirilir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Moskva Çay Gəmiçiliyi” arasında Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə, dəniz turlarının təşkili haqqında memorandum imzalanıb. Sənədi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev və “Moskva Çay Gəmiçiliyi”nin baş direktoru Konstantin Anisimov imzalayıblar.

Qeyd olunur ki, imzalanma mərasimində Bakının böyük turizm imkanları haqqında söhbət açılıb. Bildirilib ki, bu layihə Azərbaycana daha çox turist cəlb etməyə imkan yaradacaq.

Memoranduma əsasən, dəniz turları 2019-cu ilin sonunadək başlayacaq. Eyni zamanda, Moskva-Bakı (Daxili çaylarla Həştərxana, oradan isə Bakıya), Həştərxan-Mahaçqala-Bakı, Bakı-Ənzəli-Nouşəhr-Türkmənbaşı-Aktau-Həştərxan və digər marşrutlar üzrə turlar təşkil etmək də nəzərdə tutulur. (azərtac)

İnterpress.az