Azərbaycanda çempionu ağır yaraladılar – 7 bıçaq zərbəsi – VİDEObackend

Azərbaycanda çempionu ağır yaraladılar – 7 bıçaq zərbəsi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1994-cü il təvəllüdlü idmançı yaşadığı Ağcabədi rayonunda Cəlil Əsədov tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. Məlumata görə, hadisə C.Əsədovun idmançının işlətdiyi kafeyə hücum etməsindən sonra baş verib.

Xəbəri idmançı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, həmin şəxs kafeyə daxil olaraq, səs-küy salmağa başlayıb. Onu sakitləşdirmək istədikdə isə hadisə baş verib: \”Mənə 7 bıçaq zərbəsi vurdu. Yaxşı ki, vaxtında xəstəxanaya çatdırılmışam. Ağrılarım çox olsa da, indi vəziyyətim normal qiymətləndirilir”.

İdmançının sözlərinə görə, hadisə dekabrın 27-də baş verib. O, xəstəxanadan evə dünən buraxılıb, amma müalicəsi davam etdirilir.

Hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.

Məsələ ilə bağlı Ağcadəbi rayon Polis Şöbəsiondən münasibət öyrənmək mümkün olmayıb.

İnterpress.azhttps://youtube.com/watch?v=O9ueVp_f0ys