Yaqub Zurufçu Torontoda konsert verdi – FOTObackend

Yaqub Zurufçu Torontoda konsert verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzərTac-a istinadən xəbər verir ki, ilk konsertdən sonra Kanadanın Ontario ştatının təhsil naziri R.Moridi ölkələrarası mədəni əlaqələrin inkişafındakı xidmətlərinə, Azərbaycan musiqisi ilə Kanada sənətsevərlərini daha yaxından tanış etdiyinə görə Yaqub Zurufçunu yenidən fəxri diplomla təltif edib.

Səfər təəssüratını bölüşən müğənni deyib ki, gecədən zövq alıb:

Yaqub Zurufçu Torontoda konsert verdi - FOTO

“Uzun illər İranda, Almaniyada və Amerikada doğma Bakımızın, Azərbaycanın həsrəti ilə yaşadığımdan qürbətin nə olduğunu yaxşı bilirəm. Bu səbəbdən də indi Vətəndən uzaqda olan, lakin qəlbində daim Vətən sevgisini yaşadan soydaşlarımızın nələr çəkdiyini yaxşı başa düşərək öz mahnılarımla onlara təskinlik verməyə çalışdım. Mən onlar üçün Azərbaycanı, dostluğu, qardaşlığı, həm də məhəbbəti tərənnüm edən bir-çox mahnılar ifa elədim. Təbii ki, konsertin sonunda sevimli dostlarımızın xahişi ilə onların çox sevdikləri “Ayrılıq” mahnısını oxumalı oldum. Daha doğrusu, mahnının son sözlərini birgə oxuduq və birgə təsirləndik… Hər halda bu mahnını yüz dəfələrlə ifa etsəm də, onu ürəyimin dərin qatlarından keçirmədən, kövrəlmədən oxuya bilmirəm”.

Yaqub Zurufçu Torontoda konsert verdi - FOTO

Yaqub Zurufçu Torontoda konsert verdi - FOTO

İnterpress.az