“Nümayəndə heyətinin tərkibində dəyişiklik hər il olur”backend

“Nümayəndə heyətinin tərkibində dəyişiklik hər il olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə yeni üzv təyin edilən Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, yanvarın sonunda AŞPA-nın qış sessiyası öz işinə başlayacaq və o nümayəndə heyətinin üzvü kimi parlamenti təmsil edəcək.

AŞPA-dakı nümayəndə heyətinin tərkibindəki dəyişikliklə bağlı suala cavablandırarkən millət vəkili bildirib ki, bu dəyişiklik hər il olur və çox güman ki, texniki xarakter daşıyır.

Qeyd edək ki, ötən gün AŞPA-dakı nümayəndə heyətinin tərkibindən deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevin çıxarılıb. Bu postlara deputatlar Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazadə təyin edilib.

Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

Xatırladaq ki, ötən ilin yanvarında da nümayəndə heyətinin tərkibinə dəyişiklik olunub və tərkibə 3 yeni deputat daxil edilib.

İnterpress.az