Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə plan imzaladıbackend

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə plan imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyindən verilən məlumata görə, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

İnterpress.az