Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"NTV" Kəlbəcəri Ermənistan ərazisi kimi göstərdi - VİDEO

Rusiyanın “NTV” telekanalında yayımlanan “Gedək, yeyək” ("Поедем, поедим!") verilişinin növbəti buraxılışında Ermənistandan bəhs edilib.

Dərc edilib: 5 yanvar 2018 [17:49]
Baxış sayı: 6825

İngilis əsilli Rusiya vətəndaşı Con Uerren sözügedən proqramın çəkilişləri üçün 3 dəfə Ermənistana səfər edib. “Gedək, yeyək” televiziya proqramının bir buraxılışı isə Azərbaycana həsr olunub. Proqramda xalqların mədəniyyətindən, adət-ənənəsindən, milli mətbəxindən və musiqisindən bəhs olunur.

İnterpress.az Femida.az-a istinadən xəbər verir ki, verilişin müəllifi və aparıcısı olan Con Uorren proqram zamanı Azərbaycanın işğal olunmuş ərazilərinə də səfər edib. Efirə gedən kadrlardan da görünür ki, aparıcı Kəlbəcər rayonunun görüntülərini təqdim edərkən bu ərazilərin də Ermənistana məxsus olduğunu bildirir. Maraqlı olan cəhətlərdən biri də, müəllifin Kəlbəcərdə olarkən ərazinin adını qeyd etməməsi olub.

Bu isə Beynəlxalq Hüquq normalarının pozulmasıdır. İşğal altında olan ərazi konkret ölkənin ərazi vahidi kimi təqdim olunur.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.

Erməni işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

İnterpress.az












Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112