Arıçıların da kredit ittifaqı olacaqbackend

Arıçıların da kredit ittifaqı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam edir: “İlk dəfə bu məsələ 2017-ci ilin sentyabrında kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşdə müzakirə əbər olunmuşdu. Hazırda sənədləşmə ilə bağlı kiçik ləngimə var, amma ümid edirəm ki, yaxın zamanlarda kredit ittifaqı işə başlayacaq və arıçılar aşağı faiz dərəcələri ilə uzun müddətli kredit ala biləcəklər”.

Assosiasiya sədri qeyd edib ki, kredit ittifaqının maliyyələşdirilməsi ilk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.

İnterpress.az