Jurnalistdən Əli Kərimliyə: “Yazıqlar olsun”backend

Jurnalistdən Əli Kərimliyə: “Yazıqlar olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisələr səbəbindən önə çıxan bir sıra mövzular ətrafında siyasət və media təmsilçilərinin sözlü atışmaları, mübahisə və müzakirələri səngimək bilmir. Məlum olur ki, İran mövzusu Azərbaycan siyasəti üçün ən həssas və mübahisəli mövzulardan biridir.

İsveçrəyə mühacirət etmiş tanınmış jurnalist Elbəyi Həsənli isə özünün Facebook səhifəsində bu mövzu ilə əlaqədar davamlı məqalələr yazır. Onun məqalələrinin əksəriyyəti İran rejiminin tənqidinə həsr olunsa da, bəziləri də Azərbaycan siyasətçilərinin İranda cərəyan edən hadisələrə münasibəti ətrafında tənqidləri özündə əks etdirir.

İnterpress.az Musavat.com-a istinadən oxucular üçün maraqlı ola biləcəyi qənaətindən çıxış edərək, Elbəyi Həsənlinin İran mövzusundakı daha bir məqaləsini dərc edir:

*****
“Allahu-Əkbər” sədaları altında demokratiya savaşı…

Qənimət Zahidin İranla bağlı şərhinə baxdım. Əli Kərimlinin eyni məsələ ilə əlaqəli bəyanatına yenidən nəzər saldım. Bir-birinə daban-dabana zidd olan iki baxış…

Qənimət Zahid İran rejimini obrazlı şəkildə belə təqdim edir: İranda hər iki nəfərdən 1,7-si agentura şəbəkəsinə daxil edilib…
Əli Kərimli isə \”Azərbaycanın dindar şiə vətəndaşlarına münasibəti İrana münasibətlə eyniləşdirmək yanlış\”, deyir. Və nə qədər absurd olsa da həmin bəyanatda Hacı Talehin adını ayrıca çəkir və onun müdafiə olunmasının zəruriliyini vurğulayır.

Soruşmaq ayıb olmasın, Hacı Talehin məqsədi nədir? Bəlkə o, Əli Kərimlinin arzusunda olduğu Rəsulzadə respublikasının bərpasının tərəfdarıdır? Niyə yalan-palan danışırsız? Nədən xalqı qanmaz yerinə qoyursuz? İran rejiminə xidmət edən Hacı Taleh də, onun ətrafında olan islamçılar da, o cümlədən Mİlli Şuranın keçirdiyi mitinqlərdə gözə girən saqqalılar da İran mollakratiyasının oxşarını Azərbaycanda qurmaq arzusundadır. Məsələ bu qədər bəsit. Ancaq Əli Kərimli əmindir ki, Hacı Taleh də, yerli islamçılar da Azərbaycanın Qərb dəyərlərinə qovuşması uğrunda mübarizə aparır. Əslində isə Əli Kərimli iqtidara gəlmək üçün islamçılardan yararlanmaq istəyir. Ancaq nahaq yerə. Qərb islamçılarla \”maç-maç, quc-quc\” münasibətində olan təşkilatın iqtidara gəlməsinə imkan verməz. Türkiyə və Rusiya da belə şeyə heç vaxt yaşıl işıq yandırmaz. Düşünün ki, siyasətin əlifbasını yeni öyrənənlər bunu bilir, ancaq Əli Kərimli bilmir…

AXCP ideoloji baxımdan tam iflasa uğrayıb. Bütöv Azərbaycan uğrunda savaş aparan Əbülfəz Elçibəyin yadigarı olan AXCP indi Azərbaycanda İran mollarına züy tutmaqla məşğuldur. Yazıqlar olsun. Özünüzə çəki-düzən verin. \”Allahu-Əkbər\” sədaları altında demokratiya uğrunda mübarizə aparmaq olmaz…

Hazırda Azərbaycan xalqı yırtıcıların əlində girovdur. Bugünümüz it günüdə. Gələcəyimizin də it günündə olmasını heç istəməzdim. İstəməzdim ki, məmləkətimdə iki nəfərdən 1,7-si agentura şəbəkəsində çalışsın…

İnterpress.az