İntihar çıxış yolu deyilbackend

İntihar çıxış yolu deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi yazacağımı heç vaxt heç kimə danışmamışam. Ehtiyac da bilməmişəm. Ən aciz olduğum vaxtlarda belə heç vaxt da özümü aciz göstərməmişəm. Ətrafımda çox imkanlı, güclü insanlar da olub, amma yenə də acizliyimi qəbul edə bilməmişəm. Və kimsədən nəsə ummamışam. Bəlkə kimisinin mənasız, kiminin də çox dəyərli saydığı QÜRUR olub. Bilmirəm. Amma yəqin belə yetişdirilmişəm.

Biraz əvvəl bir facebook dostumuz mənə yazdı ki, bu gün Bakıda iki gənc intihar edib. Biri özünü dənizə atıb. Onun da dostu bundan təsirlənib və indi o intihar etmək istəyir. Bu gəncin profile-ını istədim, atdı mənə.

Üz şəklini intihar edən gəncin şəklini qoyub, pessimist statuslar yazır. Camaatda həşirdədi ki, ay aman qoymuyun, gedin tutun. Öz şəkillərinə də baxdım. Adam başdan ayağa psixoloji problemlər içindədir bəlli ki…

Yazı tərzim biraz alaycı görünə bilər, amma əsla alay etmirəm. Ciddi düşüncələrimdir. Natamam şəxsiyyət, özünü düşünən, iddialı, özünü hamıdan çox bilmiş hesab edən, danışdırsan dili ilə səni yeyər, səndən ağıllı olduğunu iddia edər, əziyyəti, zəhməti özünə yaraşdırmaz, qısa yolla həmən tanınmaq istəyən və özünü orda görən eqoist insan modelinin ta kendisi. Yaşamaqları ilə diqqətləri üzərilərinə çəkə bilməyib, intihar cəhdi vəya intihar edəcəyini söyləyərək qısa müddətlik diqqətləri üzərinə çəkmək istəyən, dəyər sahibi olmayan gənc.

Sözlərim biraz ağır oldu bəlkə, amma olsun. Biz heç əl bəbək, gül bəbək problemsiz böyüdülmədik. Anam və atam bizim gözəl yetişməyimiz üçün hər şey edib əlbəttə.

Yeniyetməlik vaxtlarımız hər kəsin maddi sıxıntılar yaşamağa başladığı vaxtlara düşdü. Atam və Anam heç vaxt özgə malında gözü olmayan, əlini başqasının malına uzadmayan, haqsızlıqla pul qazananlardan olmayıblar. Qarışıqlıq düşəndə elə adamlar oldu ki, başqalarının evlərinə girdi, malını, mülkunü zəpt elədi, qır-qızılını mənimsədi və varlandı. Bizimkilər bizi ətrafarına yığıb gecə-gündüz işləyib bizi böyütməyə çalışdılar.

4 qardaş idik. ən sonuncu da çox balaca idi. 3-ümüzün arasinda 1.5 yaş fərqi var. Mən 3-üncü, ən balacamız isə təxminən 10 yaş məndən balaca. O qədər çətin günlərimiz oldu ki, yadıma gəlir anam özü yeməyib bizə verirdi. Uşaq olsam da görürdüm. Bacardıqları qədər bizə baxdılar. Anam işləmirdi. Bizə baxırdı. Çünki çox dalaşırdıq, ev şəraitimiz çox pis idi. 5 kişinin yeməyi, paltarı və uşaqların zəhməti böyük idi. İş o yerə çatdı ki, Anam da işləməyə məcbur oldu. Biz ev işlərində də kömək etdik, balaca qardaşımıza da baxdıq, paltarlarından tutmuş hər şeyi ilə maraqlandıq. Oxumaq da çətin idi. Mən Əhmədlidə, məktəbim Nərimanovda. Bəzən evdə pul olmayanda məktəbə belə gedmək üçün pul istəməyə utanırdım. Bilirdim ki yoxdu və istəyib onları utandırmaq istəmirdim.

Borc aldığımız günlər də olub. O vaxt qonşular da qonşu idi. Hamı bir birinin pis günündə yanında olurdu. Bölüşürdü. Bəlkə də ona görə intiharlar çox yox idi. Ac və kimsəsiz qalmırdı yaxşı qonşusu olanlar.

Nə isə, yazım çox uzun oldu. bu əziyyətlərin sadəcə yüngülvari təsviri idi. Vaxt gəldi universitet imtahanlarına. Bu vaxta qədər birtəhər bir birimizə dəstək ola ola yaşadıq. Amma böyüdükcə maddi tələbatlar da artır. Geyim, ayaqqabı, kitab, dəftər… Bir birimizin paltarlarını geyinib idarə etdik. Amma Hər zaman ağlımda universitetə girib həyatımı xilas etmək düşüncəsi var idi. Hissedirdim ki hər şey düzələcək, yaxşı olacaq. Amma olmurdu. 9 cu inifdə oxuyurdum, uşaq ağlımla dedim ki mən də pul qazanacam. Evdə də heç kim bilmirdi. Heç kimin də mənim qazanacağım pulda gözü yox idi. Bilsələr də icazə verməzdilər o yaşda işləməyimə. Getdim SARA TV yə, orda işə girdim. Biraz işlədim. Yarımçıq maaşlarla. Bir necə ay pulsuz, parasız… Amma getdim. Sonra SARA TV bağlandı. Mən də 10 cu sinifə keçmişdim. Biraz da əziyyət çəkdik. Hamı hazırlığa gedirdi, Məni də anam Araz hazırlıq kursuna yazıldırdı, təbii ki, borc alıb 1 ayın pulunu odədik. İkinci ay gəldi, kursdan pul istədilər mən uzatdım, uzatdım, sonra evə də demədim, guya kursa gedirmiş kimi çıxırdım, amma gedmirdim. Çünki bilirdim ki, mənə veriləcək kurs pulu borc alınacaqdı. Qrup yoldaşlarımdan aldım dəftərləri, onlar keçdiklərini mən köçürtdüm yazdım, oxudum. Sonra Arazın müəllimləri \”bu uşağa nə olub, niyə gəlmir kursa,\” deyə narahat olub evimizə gəlmələri açdı işimin üstünü. Yenə gedmədim kursa və evdən özüm oxudum.

İmtahan vaxtına az qalmışdı, Xırdalanda pivə zavoduna işə girdim. Getdim putulka yudum. Amma hər dəfə o zavoddan içəri girəndə deyirdim ki, imtahan verim, qəbul olan gün işə gəlməyəcəm.

İmtahan verdim, cavabin cıxdığından xəbərsiz idim, yenə zavoda gedirdim. \”20 yanvar metrosunda gördüm bütün valideynlər pul verib Abiturient jurnalında uşaqlarının kodunu yoxlayır. Mənim də pulum yox idi. Yalandan min dil dedim, kişi koda baxdı və… Girmişdim universitetə. İşə getdiyim yerdə elə ordan da evə uçdum. Necə gəldim bilmədim. Hər kəs sevindi əlbəttə. O gündən sonra da problemlərimiz bitməmişdi.

Zavod təcrübəm TV dən sonra qısa sürmüşdü. Yenidən TV də işimi tapdım. Oxuya oxuya işlədim. Şükürlər olsun ki, hər zaman əziyyətimizlə nəsə etmişik ailəcə. Heç vaxt kimsədən nəsə ummamışam. Heç kim də mənə borclu deyil və deyildi də.

İndi bu intihar edən adamlar işsizəm, nə bilim pulum yoxdu deyəndə inanmıram ki, onlar hər yolu dənəyiblər və intihar sonuncu məcburi çıxış yolları olub. Allah heç kimi bu həddə gətirməsin və gətirsə belə yaxşı qonşu, gözəl ata-ana, dost nəsib etsin ki, belə adamlar özlərini tək hissetməsin.

İnterpress.az