Xəbər mütləq verilməlidir, ağrı mütləq hiss olunmalıdır…backend

Xəbər mütləq verilməlidir, ağrı mütləq hiss olunmalıdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz vücudumuzda hansısa problemin, dərdin olduğunu hardan bilirik? Təbii ki, ağrıdan. Bədən ağrıyır və səni ağrıyan yerə diqqət yetirməyə məcbur edir.
Ağrı bədənin siqnalıdır.

Xəbər mütləq verilməlidir. Ağrı mütləq hiss olunmalıdır.

Xəbəri gizlətmək, ağrını keyitmək bədəni xəyanətlə üz-üzə qoyur. Fərqi yoxdur; ya tənbəllikdən, ya da adminstrativ müdaxilə nəticəsində ağrıyan yer müvəqqəti zərərsizləşdirilirsə-keyidilirsə- vücud aldanır. Ona hər şeyin pis olmadığı barədə yalançı siqnal verilir. Nəticədə bədən arxayın salınır-dərdi hiss etmir. Vücud yalnız müvəqqəti ağrımır.

Cəmiyyət də belədir: xəbəri-ağrını gizlətdikcə, ağrı nöqtəsini keyitdikcə, siqnalları \”zərərsizləşdirdikcə\” xəstəlik daha dərinə işləyir. Və günlərin bir günü fəlakət baş verir. Ağrıdan qorxmayın!

Ağrıya hörmət edin!

Ağrı Sizin xeyirxahınızdır!

O Sizi yaşadır!

Tutaq ki, rentgen aparatına müraciət edirsiniz… O sizə xəstə yerinizi göstərir. Siz bundan sonra nə edirsiniz? Aparatı sındırır və ya lazımsız, sizə neqativ xəbər çatdırdığına görə hətta qadağan edirsiniz, yoxsa onun məlumatı əsasında müalicə olunursunuz???

Xəbəriniz necə, var???

Mirşahin

İnterpress.az