Doğuş zamanı əkiz körpələr öldü – YENİLƏNİBbackend

Doğuş zamanı əkiz körpələr öldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda doğum evində baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb.

İnterpress.az xəbər verir ki, Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova APA-ya bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda yüksək təzyiqi olub: “Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar həm yarımçıq olduğundan, həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar”.

Uşaqların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

***

İnterpress.az report-a istinadən xəbər verir ki, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində baş verib.

Məlumata görə, ana xəstəxanaya doğuşdan bir az əvvəl gətirilib. Doğuş zamanı əkiz uşaqlar dünyasını dəyişib.

İnterpress.az