Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Favorit” marketin əməkdaşı Şəhriyar del Geranini mədəniyyətsiz adlandırdı-İTTİHAM

Sosial şəbəkə fəalı, şair Şəhriyar del Gerani “facebook”da yazdığı statusla gündəmə gəlib.

Dərc edilib: 9 yanvar 2018 [09:46]
Baxış sayı: 6664

İnterpress.az xəbər verir ki, o, “Favorit” marketdə özünün iştirakı ilə yaşanan hadisəni nəql edib:

“Favorit” marketin ət və süd məhsulları bölməsindəki satıcıdan kolbasa istədim. Dedim, “Zəhmət olmasa mənə Rusiya istehsalı kolbasa verin”. Dedi, “Məsləhətli Minbərəkət və Hacıturqay kolbasaları da varımızdı”. Dedim, “Oğlum, mənə haram kolbasa lazımdır, cılxa haram – tərkibində donuz piyi olan kolbasa”. Dedi, “Müəllim, mən sadəcə məsləhət elədim”. Düzü, bir xeyli acığıma gəldi nadan satıcının bu hərəkəti. Yəni adicə alış-veriş edərkən də belə bambılı mövzulara vaxt itirmək nəyə lazım axı? Buna ömür yetərmi? Hər nadanla 5 dəqiqə mübahisə etsən, gör hara vurur? Niyə bu məmləkətdə hərə bir molla olub keçib təpəmizə axı? Dedim, “Ay oğul, sən kimsən mənə məsləhət edəsən? Bu nə qeyri-mədəni davranışdır? Sizə etika öyrətmirlərmi işə götürəndə?” Qayıtdı ki, “Mədəniyyətsiz özünsən, mən səni halala dəvət edirəm!” Cahil vətəndaşla qəti şəkildə dialoqa getmədən dərhal müdirini çağırdım. Dərhal. Son dərəcə dərhal. Özümü təqdim etdim, kameranın yaddaşından video yazısını izlətdirdim və mədəniyyətsiz halalxor satıcını işdən rədd etdirdim. Mübarək bir rədd oldu düzü. Həddən ziyadə məmnun halda 200 qram donuz piyli kolbasa və xiyar turşusu götürüb evə döndüm. Həri, əzize-mənlər, aydın cəmiyyətlər belə qurulur. Gec-tez hər kəs başa düşməlidir. Ki, ibadət, namaz, ümumiyyətlə bütün dini ayinlər Allahla-bəndə arasındakı intim-ruhani davranışlardır. Bunların heç birinin digər nəfərə əl-qətiyyən vəl-əşədənbillah dəxli yox. Hələ-hələ marketdə kolbasa alan müştəriyə heç dəxli yox. Necə deyərlər, “Sözün sağlığına!” Getdim…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 40