Nazirlikdən əkizlərin ölümü ilə bağlı açıqlamabackend

Nazirlikdən əkizlərin ölümü ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb. O, yanvarın 8-də Lənkəran rayon doğum şöbəsinə acılışla gətirilb. Qadının bətinində olan 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar:

\”Ananın vəziyyəti stabildir. Bu, qadının ikinci hamiləliyi olub. 2016-cı ildə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada tələf olmuşdur\”.

S.Əhmədova qeyd edib ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətlərin Təkmilləşdirilməsi komissiyası tərəfindən araşdırma aparılacaq.

İnterpress.az