İranın ali dini lideri iğtişaşlardan danışdı, Amerikanı hədələdi – sensasion ittihamlarbackend

İranın ali dini lideri iğtişaşlardan danışdı, Amerikanı hədələdi – sensasion ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali dini lideri Ayətullah Əli Xameneyi son hadisələrlə bağlı çıxış edib.

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, yanvarın 9-da ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə gələn dini lider burada din xadimləri və xalq kütlələri qarşısında son olaylar haqqında geniş çıxış edib.

İran dini lideri baş verənləri xarici təxribat adlandırıb. O deyib ki, İranın düşmənləri inqilabdan sonra əksinqilab fəaliyyətlərini davam etdirir.

Sitat: “Mövzu 1 ilin, 2 ilin yaxud 5 ilin mövzusu deyil. Döyüş, millətin ziddinə olanlarla millətin döyüşüdür. Döyüş, İranın ziddinə olanlarla İranın döyüşüdür. Döyüş, İslamın ziddinə olanlarla İslamın döyüşüdür. Və bu, davam edəcək”.

Dini lider deyib ki, sosial tələblərlə, iqtisadi vəziyyətə etiraz edənlərlə təxribatçılar ayrılmalıdır: “Xalqın həqiqi tələbləri ilə törədilən vəhşiliklər arasında fərq qoymalıyıq. Bayraq yandırma, Quranı və İslamı təhqir etmənin xalqın tələbləri ilə heç bir əlaqəsi yoxdur. Son günlər baş verənlər haqqında təhlillər aparılır və hamısında ortaq mövqe budur ki, haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdir. Bir dəstə insan məhrum olduğu bir şey üçün çıxıb etirazını bildirir. Amma bundan istifadə edərək onlara qoşulub bayrağı yandırmaq, Quran və İslamı təhqir etmək, məscidə od vurmaq ayrı bir işdir. Bunları bir-birilə qarışdırmamalıyıq”.

Ayətullah Xameneyi deyib ki, xalqa öz etiraz səsini bildirmək haqqı verilib. Eyni zamanda o sosial problemlərlə etiraz edənlərə qarşı sərt davranılmadığını qeyd və əlavə edib ki, hökumətin borcu bu problemləri dinləyib sonra da həll etməkdir. Ancaq onun sözlərinə görə, son olaylar zamanı iğtişaş törədənlər idarə olunublar.

İranın dini lideri daxildəki iğtişaş qruplarının, “Xalqın mücahidləri” qruplaşmasının, Qərb kəşfiyyatı və ərəblərin əlbir olduğunu bildirib: “Baş verən hadisələrdə \”üçlük\” fəal idi. Kim idi onlar? Bunlar saxlanılanların etirafı və həmçinin kəşfiyyat xidmətinin əldə etdiyi məlumatlardır. Amerika və sionistlər neçə aydır ki, İran haqqında bir plan üzrə işləyirdilər. Kiçik şəhərlərdən başlayıb böyük şəhərlərə və oradan paytaxta sirayət edən bir hərəkat hazırlanırdı. Amma bunun üçün pul lazım idi ki, Amerika daha pul xərcləmək istəmir. Pulu körfəz ölkələri təmin etdilər. Üçüncü dəstə isə “Mücahidini-Xəlq” təşkilatıdır. Terrorlar edən, adam öldürən münafiqlər. Neçə aydır təşkilatlanıblar. Özləri də bunu öz mətbuatlarında etiraf edirlər. Amerikalılarla əlaqədə olduqlarını, daxildə olan adamlarla camaatı küçələrə çıxartmaq üçün danışıqlar apardıqlarını özləri bildirirlər”.

Dini lider deyib ki, “Bahalığa yox” şüarı quraşdırılmış, daha çox insanı cəlb etmək üçün düşünülmüş şüar olub: “Bu elə bir şüardır ki, hamının xoşu gəlir. Camaat onlara qoşulduqdan sonra insanları öz məqsədləri üçün yönləndirdilər. Bir tərəfdən “canım İrana fəda olsun” deyirlər, digər tərəfdən bayrağı yandırırlar. Şüursuzlar anlamırdılar ki, bu iki şey bir-birilə düz gəlmir. Ümumiyyətlə, siz nə vaxt canınızı İrana qurban verməyə hazır olmusunuz? Müharibə zamanı canını düşmən müqabilində sipər edən və 300.000 şəhid olanlar inqilabçı və hizbullahçı adamlar olublar. Siz o zaman harada idiniz ki, indi canım İrana fəda olsun deyirsiz?

Amerika əsəb içindədir. Amma tək mənə yox. Sizə, İran xalqına, İran dövlətinə yenə məğlub olduğu üçün. İndi də Amerikanın dövlət rəsmiləri deyir ki, İran hökuməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti Amerikadan qorxur. Əgər Amerikadan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Amerika rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə səy etsinlər.

Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Bilsinlər ki, bu neçə gündə bəzi zərərlər vurublar ki, bu cavabsız qalmayacaq.

Amerikanın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Və həmçinin xaricdə və çox təəssüf daxildə olan Amerika sevərlər də bilsinlər ki, hökumət möhkəm dayanıb və Allahın lütfü ilə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq”.

İnterpress.az