Faktiki hava: Rayonlarda yağış, sulu qar, qar yağıbbackend

Faktiki hava: Rayonlarda yağış, sulu qar, qar yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qusarda 11, Qubada 10, Şabranda 5, Sarıbaş, Astara, Altıağacda 4, Xınalıqda 3, Şahdağ, Xaltanda 2, Mərəzə, Balakən, Göytəpə, Lerik, Kişçayda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Binə, Pirallahı, Zabratda 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 13, Şahdağda 12, Quba, Xınalıqda 10, Qusar, 8, Altıağacda 7, Sarıbaşda (Qax) 6, Xaltanda 4, Rvarud, Lerikdə 2, Mərəzə, Şabranda 1, Qubanın dağlıq ərazilərində 4-13 sm təşkil edib.

İnterpress.az