Aİ KXDR – Cənubi Koreya danışıqlarını alqışladıbackend

Aİ KXDR – Cənubi Koreya danışıqlarını alqışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu haqda Aİ-nin rəhbəri Federiki Moqerininin bəyanatında deyilir.

\”Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında bu gün yüksək səviyyədə danışıqlar münasibətlərin yaxşılaşmasına gedən yolda müsbət addımın təşkil etdiyinə arxayın edən siqnaldır\”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Aİ Şimali Koreyanın nümayəndə heyətinin Pxyonçxanda qış Olimpiya oyunlarında iştirakı haqqında birgə bəyanatı və hər iki tərəfdən hərbçilər arasında danışıqların keçirilməsini alqışlayır.

F.Moqerini ümid etdiyini bildirib ki, Koreya və Koreya Xalq Demokratik Respublikası Respublikasının arasında keçirilmiş danışıqlar və planlaşdırılan yeni əlaqələr Koreya yarımadasında sülh və sabitlik üçün əsas olacaq.

İnterpress.az