Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Ermənilərin Rusiyaya inamı qalmayıb

Aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıldıb.

Dərc edilib: 10 yanvar 2018 [12:40]
Baxış sayı: 5544

İnterpress.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, bunu Ermənistanda keçirilən son rəy sorğularından biri də sübut edir: " Deməli, İrəvanda yerləşən Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda İrəvan olmaqla Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğu nəticələrinə görə 34 fazi Rusiyanı əvvəlkitək strateji tərəfdaş sayarkən, 30 faiz əksini düşünür. "Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edirmi" sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir. 25 faiz düşünür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, 30 faiz isə təmin etmədiyini bildirib".

Politoloq deyib ki, ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamı lap azalıb: "Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə "qorumayacaq" deyib. Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların "bu biznes layihədir, imtina edə bilmərik" cavabı erməniləri daha çox məyus edir. Erməni speratçıları vaxtilə Azərbaycan torpaqlarını Rusiya ordusu və kəşfiyyatı hesabına işğal edib, Moskva apreldə də 4 gündən çox savaşa imkan vermədi, ancaq ruslar erməniləri Azərbaycan ordusunun raket və snayper atəşlərindən qorumaq fikrində deyil. Erməni separatçılarının yaydıqları son rəqəmlərə görə, işğalçı Ermənistan ordusunun 2017-c ildə 60 itkisi olub. Bu hələ açıqlanan rəqəmdir. "Yorucu müharibəyə" davam".

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112