“20 yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı”backend

“20 yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib.

20 yanvar hadisələrindən 28 il ötdüyünü xatırladan G.Baxşəliyeva vurğulayıb ki, 20 yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı silahlı təcavüzü idi: “Çox böyük faciə baş verdi və istər keçmiş SSRİ-nin rəhbərliyi, istərsə də o zamankı Azərbaycan rəhbərliyi bu faciəyə görə, məsuliyyət daşıyır. Azərbaycana silahlı qüvvələrin yeridilməsi və digər bütün faktlar təsdiq edir ki, 20 yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı. Bu faciəni törətməkdə məqsəd Azərbaycan xalqının azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı mübarizəni sındırmaq idi. Ancaq həmin çirkin məqsədli qüvvələr öz istəklərinə nail ola bilmədilər”.

G.Baxşəliyeva bildirib ki, o zaman ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, bu hadisələr haqqında bütün dünyaya düzgün məlumat verməsi sanki xalqın yarasının üzərinə su çiləmişdi.

İnstitut direktoru əlavə edib ki, 20 Yanvar faciəsi haqqında ərəb dilində broşur nəşr edilib və bu broşurlar bütün ərəb dilli ölkələrdə yayılacaq ki, insanlar o vaxt Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumat alsınlar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

İnterpress.az