Azərbaycanlılar Ukraynanın güc strukturlarına müraciət etdibackend

Azərbaycanlılar Ukraynanın güc strukturlarına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a “Azərbaycan Ukrayna” beynəlxalq alyansının sədri Elmar Məmmədov bildirib.

Onun sözlərinə görə, bütün şəhər merləri və polis rəislərindən məsələni nəzarətdə saxlamaq xahiş olunub:

“Biz onlarla əlaqə saxlamışıq. Bizə cavab olaraq bildiriblər ki, məsələnin həlli ilə bağlı intensiv işlər aparılır, nəticəsi barədə yaxın zamanda cavab veriləcək”.

Elmar Məmmədov bildirib ki, hadisə Ukrayna inzibati orqanları tərəfindən ciddi nəzarətdədir:

“İnanırıq ki, keçirilən mitinqlərin nəticəsi olacaq. Alyans keçirilən mitinqdə baş verənlərə nəzarət edir”.

Qeyd edək ki, Kiyevdə Azərbaycan icmasının 150-yə yaxın üzvü Daxili İşlər Nazirliyi binası qarşısında etiraz aksiyası keçirir. Mitinq iştirakçılarının sözlərinə görə, cinayətkarlar heç də güc strukturlarından qorxmur. Məlumata əsasən, Ukraynada ümumilikdə 20-dən çox azərbaycanlı oğurlanıb; onların bir neçəsi Ukraynada bizneslə məşğul olan iş adamlarıdır.

İnterpress.az