Bakıda fars dili olimpiadası keçiriləcəkbackend

Bakıda fars dili olimpiadası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu darədə məlumatı İranın Azərbaycandakı mədəniyyət attaşesi Əsğər Farsi yayıb. O, keçiriləcək 6-cı fars dili və ədəbiyyatı olimpiadasının koordinasiya şurasının ilk iclasında çıxış edərək, olimpiada üçün lazımi ahəngdarlığın yaradılması və müəyyən çərçivənin təyin edilməsinin zəruri olduğunu deyib.

Bakı Dövlət Universitetinin Fars dili və ədəbiyyatı kafedrasının müdiri Mehdi Kazımov da 6-cı fars dili və ədəbiyyatı olimpiadasının keçirilməsindən razılıq edərək, deyib: \”Bu kimi proqramların həyata keçirilməsi iki ölkənin elmi və mədəni əməkdaşlıqlarının möhkəmləndirilməsində təsirli rola malikdir. 6-cı fars dili və ədəbiyyatı olimpiadası Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə fars dili və ədəbiyyatı olimpiadasının standartlarına uyğun formada keçiriləcək. Hazırda Bakı Dövlət Universitetində bakalavr, magistr və fəlsəfə doktoru dərəcələri üzrə 120 tələbə fars dili və ədəbiyyatı fakultəsində təhsil alır”.

İnterpress.az