“H&M” irqçilikdə ittiham olundubackend

“H&M” irqçilikdə ittiham olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Məlumata görə, “Klivlend” basketbol klubunun hücumçusu Lebron Ceymz “H&M” şirkətinin istehsal etdiyi idman geyiminin reklamına qarşı çıxıb, kanadalı müğənni “The Weeknd” isə qaradərili uşağın alçaldıldığını iddia edərək, həmin şirkətlə bağladığı müqaviləni ləğv edib.

İctimaiyyətin narazılığına səbəb olan reklam isveç geyim istehsalçısının sifarişi ilə hazırlanıb. Saytda qaradərili oğlanın geyindiyi idman geyiminin üzərinndə “Cəngəlliyin ən zor meymunu” yazısını görmək olur.

“H&M”, sən bizi aldatmağa çalışırsan. Ancaq biz aldanmayacağıq. Mən indi fotoşəkildə nəyin təsvir olunduğunu demək istəyirəm. Şəklə baxdıqda mən Gənc Kralı görürəm. Dünyanın hökmranını, toxunulmaz və danılmaz bir Qüvvənin sahibini. Biz afroamerikalılar bütün əngəlləri aşmalıyıq, insanların bizim barədə qərəzli mövqeləri ilə yanıldığını sübuta yetirməliyik, daha həvəsli şəkildə işləməliyik, öz kimliyimizi isbat etməliyik. Ancaq bilin ki, bütün çətinlikləri aşdıqdan sonra insan özünü çox əla hiss edir”, – deyə “Klivlend” basketbol klubunun hücumçusu Lebron Ceymz yazır.

“Səhər oyandım və şoka düşdüm, həmin şəkildən hiddətləndim. Mən özümü təhqir olunmuş hesab edirəm, bundan sonra heç vaxt “H&M”-lə əməkdaşlıq etməyəcəm”, – deyə Efiopiya əsili Eybel Makkonen Tesfay bildirib.

Reklam üzrə mütəxəssis və “H&M”-in keçmiş icraçı direktoru Karlos Barbosa şirkəti irqçilikdə ittiham edərək, gələcəkdə onlarla əməkdaşlıq etməyəcəyini söyləyib.

Amerikalı insan haqları fəalları vətəndaşları həmin ticarət nişanı altında buraxılan geyim məhsullarından imtina etməyə çağırıb. Şirkət nümayəndəliyinin üzrxahlığı və qeyri-tollerant kontentli fotoşəkli saytdan kənarlaşdırması ABŞ ictimaiyyətində və sosial şəbəkələrdə müşahidə olunan “tənqid dalğasının” qarşısını ala bilməyib. Şirkət Kambocadakı müəssisələrində qul əməyindən istifadə etməkdə ittiham olunur.

İnterpress.az