Sumqayıtda naməlum şəxslər qadına hücüm edərək onu döyübbackend

Sumqayıtda naməlum şəxslər qadına hücüm edərək onu döyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un yerli bürosunun verdiyi məlumata görə, hadisə \”Xəzər bağları\” yaşayış massivində baş verib.

Belə ki, şəhər sakini Aytəkin Şakir qızı Əbdülrəhmanova yaşadığı \”Xəzər bağları\” yaşayış massivi ərazisində naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüb. A.Əbdülrəhmanova ağır kəllə beyin travması alıb, sol və sağ qol sümükləri sınıb.

Hadisədən sonra, qadın yaxlıqda olan insanların köməkliyi ilə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az