Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Qafqaz İslam Ordusunun şərəfinə sərgi - Türkiyədə

Baş qərargah hərbi muzeyində Nuru Paşa və Qafqaz İslam Ordusunun şərəfinə sərgi təşkil olunacaq.

Dərc edilib: 11 yanvar 2018 [13:01]
Baxış sayı: 6404

İnterpress.az xəbər verir ki, Türk Silahlı Qüvvələri Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümündə Bakının xilaskarı Nuru Paşa və Qafqaz İslam Ordusunun şərəfinə sərgi açacaq. Sərginin İstanbulda Harbiye muzeyində açılması planlaşdırılır. Sərginin hazırlıq mərhələsinə hərbi tarixçi polkovnik Ömər Aslan başçılıq edəcək. 1500 kvadrat metrlik bir sahədə təşkil olunacaq sərgi üçün Türkiyə və Azərbaycanın arxivlərində olan şəkillər, sənədlər, silahlardan istifadə olunacaq. Burada Türk müdafiə sənayesinin banilərindən biri olan Nuru Paşanın İstanbulda açdığı iki fabrikin istehsal etdiyi silah və hərbi sursatlardan nümunələr də yer alacaq. “Nuru Killigil” kitabının müəllifi Atilla Oralın məsləhətçi kimi iştirak edəcəyi hazırlıqlara Azərbaycandan da elm xadimləri və jurnalistlər dəvət olunacaq.

Qafqaz İslam Ordusu 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyəti dövlətinin ən böyük dəstəkçisi olmuş və 15 sentyabr 1918-ci ildə Bakını erməni-bolşevik ünsürlərindən təmizləyərək, paytaxtın Gəncədən Bakıya köçürülməsinə əsas yaratmışdır. 31 oktyabr 1918-ci ildə Mondros müqaviləsinin imzalanmasından sonra Qafqaz İslam Ordusu Azərbaycanı tərk etmək məcburiyyətində qalsa da Anadolunun qurtuluşu uğrunda aparılan müharibənin ön cəbhəsində olmuşdur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 30 oktyabrda Bakıdakı çıxışı zamanı Nuru Killigilin iki ölkə arasındakı əlaqələrin simvoluna çevrildiyini diqqətə çatdırmışdı.

Qeyd edək ki, prezident İlham Əliyev 10 yanvar tarixində verdiyi qərara əsasən 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. (yenicag.az)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112