“Prezident əmin etdi ki, 2018-ci ildə ölkə üçün ciddi problem olmayacaq”backend

“Prezident əmin etdi ki, 2018-ci ildə ölkə üçün ciddi problem olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını şərh edən deputat qeyd edib ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün həqiqətən də uğurlu il olub.

\”Çətin problemlərimiz olsa da, biz bu ili uğurla keçdik. 2015 və 2016-cı il devalvasiyalarından sonra müəyyən çətinliklər yaranmışdı. Manatın məzənnəsinin kəskin aşağı düşməsi, idxal-ixrac əməliyyatlarında kəsintilərin olması, neftin qiymətinin ucuzlaşması dünya iqtisadiyyatı kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. 2016-cı ilin dekabrında Prezident tərəfindən Strateji Yol Xəritəsi imzalandı. Bu xəritəyə uyğun olaraq, 2017-ci ildə bir sıra işlər görüldü. Əsasən qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atılmağa başladı. Kənd təsərrüfatı, turizm sahəsində müəyyən irəliləyişlərə nail olundu. İlk dəfə olaraq Azərbaycanda ixrac idxalı üstələdi. Manatın məzənnəsi sabit saxlanıldı. Pul kütləsinə ciddi nəzarət həyata keçirildi. Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildi. Beləliklə də 2017-ci il baza ili oldu\”, – Vahid Əhmədov deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı əmin etdi ki, bu il Azərbaycan üçün ciddi bir problem olmayacaq.

\”Əlbəttə ki, neftin qiymətinin yüksək olması burda böyük əhəmiyyət kəsb edir. Hal-hazırda bir barrel neft 71 dollardır. Yəqin ki, manat da neftin qiymətinə uyğun saxlanılacaq, ixrac əməliyyatlarında artım hiss olunacaq. Bütün bunlarla yanaşı, Bakı-Tiflis-Qars dəmir yolundan Azərbaycan gəlir əldə edəcəkdir. Sosial həyatda ciddi bir problem olmayacaq. Cənab Prezident kənd təsərrüfatının inkişafına böyük diqqət yetirir. Xarici borcun olmaması diqqət mərkəzindədir\”, – iqtisadçı əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib ki, qeyri-neft sektoru artıb və burada artım 2,5 faiz təşkil edir. Valyuta ehtiyatları isə 4,5 milyard dollar artaraq, hazırda təxminən 42 milyard dollar təşkil edir. Bununla yanaşı, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır.

Dövlət başçısı sonda bəyan edib ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək və manatın məzənnəsi sabit qalacaq.

İnterpress.az