Avtobus sürən baş nazir: Köhnə günlər üçün darıxıram – VİDEObackend

Avtobus sürən baş nazir: Köhnə günlər üçün darıxıram – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə baş nazir özü bildirib. O deyib ki, Türkiyənin hər yerinə sərniş daşımasını həyata keçirib.
Yıldırım köhnə günləri üçün darıxdığını da etiraf edib: \”Vəzifədə olan bizim kimi insanların həyatı çox parlaq, cazibədar deyil. Biz nəzarətdə azad kimi yaşayırıq, istədiyimiz kimi hərəkət etmirik. Qorunma, təhlükəsizlik, ətrafımızda çox insan olur, normal, sadə bir vətəndaşı kimi hərəkət etmək istəyirsən, edə bilmirsən”.

O, atası ilə 1984-cü ilə qədər sürücülük etdiyini deyib. Əlavə edib ki, artıq 15 ildir maşın sürmür: “Nazir və baş nazir dönəmlərində təbii ki, belə fürsət olmur”.

Yıldırım deyib ki, avtobus onun üçün böyük bir məna daşıyır: “Mən avtobus aldıqda demək olar ki, universiteti bitirirdim. Atam heyvan ticarəti ilə məşğul olurdu, sonra avtobus sürməkdən də bir qədər pul qazandıq. Daha sonra taksi işi ilə məşğul olduq. İstanbulda 80-ci illərdə iki ticarət taksimiz var idi. Dənizçilik işi də görmüşük. İstanbul Texniki Universitetinin gəmi və dənizçilik fakültəsində təhsil almışam, dənizçiyəm”.

Baş nazir anasının gənc yaşda dünyasını dəyişdiyini, hər zaman atasına yardım etdiyini bildirib. Bundan başqa, gözəl yeməklər bişirdiyini, amma indi buna vaxtı olmadığını da vurğulayıb. (1news.az)

İnterpress.azhttps://youtube.com/watch?v=q80mSHZjoWQ