Altı qumarxana, üstü yasxana: Bakıdakı kazinonun “krişa”sı kimdir? – FOTOREPORTAJbackend

Altı qumarxana, üstü yasxana: Bakıdakı kazinonun “krişa”sı kimdir? – FOTOREPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Yenicag.az-a istinadən xəbər verir ki, fasadı İngiltərənin “Arsenal” Futbol klubunun loqosu və futbolçuların şəkilləri ilə bəzədilən bu məkan əslində, qumarxanadır. Maraqlıdır ki, işbazlar qeyri-qanuni fəaliyyət göstərən bu qumarxananı işlətmək üçün “Vida” mərasim zalının birinci mərtəbəsini seçiblər.

Yenicag.az-ın əməkdaşları sözügedən obyektdə olarkən, qanunla qadağan edilmiş bir sıra faktlarla qarşılaşıblar.

Altı qumarxana, üstü yasxana: Bakıdakı kazinonun "krişa"sı kimdir? - FOTOREPORTAJ

Yasamal rayonu Dadaş Bünyadzadə 232 ünvanında yerləşən bu məkanda müxtəlif növ qumar aparatlarına rast gəlmək mümkündür. Bundan başqa salonda “qara bazar” kimi fəaliyyət göstərən bukmeker kontoru da var ki, bu da dövlət tərəfindən qanunla qadağan olunub. Buranın müştəriləri müəyyən miqdarda pul ödəməklə kompüterlər vasitəsilə öz şanslarını yoxlayırlar. Bəxti gətirənlər uduşlarını kassadan alır, uduzanlar isə suyu süzülmüş şəkildə qumarxananı tərk edir. Məkanın mülki geyimli, adətən, dindarların istifadə etdiyi təsbehlə dolaşan mühafizəçisi də var. O, içəri daxil olanları ilk olaraq göz nəzarətindən keçirir. Təbii ki, bu da başa düşüləndir. Çünki onların özləri də qeyri-qanuni işlə məşğul olduqlarının fərqindədirlər. Buna görə də içəri daxil olan şəxsin müştəri olub-olmaması onlar üçün önəmlidir.

Altı qumarxana, üstü yasxana: Bakıdakı kazinonun "krişa"sı kimdir? - FOTOREPORTAJ

Məkanda olduğumuz yarım saat ərzində kameralar və bu şəxsin gözləri üzərimizdən çəkilmədi. Bu səbəbdən obyektin daxilində çəkilən fotoların az olması başa düşüləndir. Aydın məsələdir ki, Yasamal kimi geniş ərazisi olan rayonda lap kiçik obyektin açılması, fəaliyyət göstərməsi üçün müəyyən qurumlardan icazə alınmalıdır. Ancaq nədənsə, belə bir böyük məkanda qumarxanın fəaliyyət göstərməsinə göz yumulur. Çox güman ki, qumarxananın sahibləri açıq-aşkar şəkildə kazino işlətməkdən heç də çəkinmirlər, öz “krişa”larına arxayındırlar. Bizim vəzifəmiz yazmaq, çəkib göstərmək, hüquq-mühafizə orqanlarının işi isə qumarxana ilə bağlı ölçü götürməkdən ibarətdir.

İnterpress.az