Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Gündəmə gəlmək üçün xalqı aldadanlar: “Ərimlə razılaşdıq ki...”

Şou-biznes nümayəndələri zaman-zaman gündəmə gəlməyə ehtiyac duyur. Onlar yaradıcılıq işləri ilə istədikləri populyarlığı qazana bilməyəndə saxta şouya əl atırlar. Mediaya yalan açıqlamalar verərək xalqı aldadırlar.

Dərc edilib: 11 yanvar 2018 [17:43]
Baxış sayı: 11213

İnterpress.az xəbər verir ki, Musavat.com həmin tanınmışların siyahısını hazırlayıb.

Bir müddət öncə əməkdar artist Aygün Bəylərin ərə getməsi haqqında xəbərlər yayıldı. Hətta, onun prodüseri Sultan Mustafayev ARB-ə zəng edərək toyun detallarını açıqladı: ”Aygün Bəylərin ailə quracağı şəxs 48 yaşındadır. Avqustun əvvəlində Bakıda Buzovna kəndində olan el şənliyində tanış olublar. Neçə illərdi Moskvada yaşayır. İş adamıdır. Bir dəfə ailə qurub və boşanıb, 30 min dollarlıq gəlinlik də yalan deyil. Pulu mən Türkiyədə modelyerə vermişəm. Toy dekabrın 27-də olacaq. Bakıda möhtəşəm bir toy keçiriləcək. 150 minlik ansambıl Türkiyədən Bakıya gələcək. Məşhur türkiyəli müğənni toya gətiriləcək”.

Bir müddət sonra isə Aygün Bəylər elə həmin telekanalda saxta şou yaradaraq yalan danışdığını etiraf etdi.

Ötən gün “Bizimləsən” verilişində qonaq olan əməkdar artist Tünzalə Əliyeva piar üçün boşandığı haqqında məlumat yaydığını deyib: “Əslində, boşanma xəbərini yoldaşımla razılaşaraq özümüz yaydıq. Bir veriliş edirdik, piar üçün belə addım atdıq. Həmin hadisədən illər keçdi, ona görə məsələni açıram. Bir verilişdə müsahibə verdim. Dedim ki, “deyirlər, boşanmışam”. Montaj edib, anonsa “boşanmışam” sözümü saldılar. Bundan da xəbərim var idi, bilirdim ki, belə ediləcək. Verilişin anonsuna baxdılar, yayıldı. Amma proqram özü baxılmadı, tutmadı. Bu piar bizim əksimizə işlədi. Məsuliyyətsiz formada özümə qara yaxdım”.

Müğənni Xatun da gündəmə gəlmək üçün yalan danışanlardandır. O, verilişlərin birində piar üçün nişanlandığını dediyini etiraf edib: “Boşanandan iki il sonra efirə çıxırdım. O vaxt nişanlanmağım haqda açıqlama vermişdim. Lakin nişan olmamışdı, gündəmə gəlmək üçün nişanlandığımı bildirmişdim”.

Şou-biznesin Natavan-Dado cütlüyü də xalqı aldadanlar sırasında göstərilir. 6 ay öncə evlənən cütlük ötən ay ayrılma mərhələsinə gəldiyi haqda açıqlama vermişdi. Natavan evlənərək səhv addım atdığını demişdi. 2018-ci ilin ilk günlərindən isə cütlük birlikdə görünməyə başladı. Onların gündəmə gəlmək üçün bu addımı atdığı iddia olunsa da, məşhur cütlük ittihamları cavabsız qoyub.

Şair Şəhriyar Del Gərani gündəmə gəlmək üçün tanınmış mağazaların birinin ərt-süd məhsulları bölməsondə çalışan satıcının işdən uzaqlaşdırılmasına səbəb olduğunu yaydı. Onun açıqlaması birmənalı qarşılanmadı və Gerani sərt tənqid edildi. Daha sonra isə şairin yalan danışdığı ortaya çıxdı.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 343