Gəncədə intihara cəhdbackend

Gəncədə intihara cəhd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən İnterpress.az-a verilən xəbərə görə, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.

Hadisə yerinə polis əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.

İnterpress.az