Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


İbuprofen kişilərdə SONSUZLUĞA səbəb olur

Kopenhagen Universiteti (Danimarka) alimləri populyar ağrıkəsici və hərarətsalan dərmanının ciddi yanaşı təsirini aşkar ediblər.

Dərc edilib: 12 yanvar 2018 [10:18]
Baxış sayı: 9853

İnterpress.az xəbər verir ki, araşdırmaların nəticələrinə görə, ibuprofenin qəbulu kişilərdə sonsuzluğa səbəb ola bilər.

Eksperimentdə yaşı 18-dən 35 qədər olan 31 kişi iştirak edib. Onlar 2 qrupa bölünüb. Birinci qrup hər gün ibuprofen, 2-ci qrup isə plasebo qəbul edirdi.

2 həftədən sonra ibuprofen qəbul edən kişilərdə əsas kişi hormonu olan testosteronun sintezində azalma müşahidə olunub ki, bu da gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər.

Bu səbəbdən alimlər ibuprofeni tez-tez və böyük dozalarda qəbul etməyi tövsiyə etmirlər. (saglamolun.az)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112