Tək səyahət edə biləcəklər – Səudiyyə Ərəbistanı qadınlarıbackend

Tək səyahət edə biləcəklər – Səudiyyə Ərəbistanı qadınları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanında qadınlara sürücülük lisenziyası verilməsi qərarının ardından başqa addım da atılıb. Bu dəfə hazırlanan qanuna görə, 25 yaş və yuxarı qadınlar yanlarında ailələrindən kişi nümayəndə olmadan tək səyahət edə biləcəklər.
Səudiyyə Ərəbistanı Turizm və Beynəlxalq Komitə müdiri Ömər-əl Mübarək “Turist vizası tək nəfərlik olacaq və ən az 30 gün keçərli sayılacaq”-deyərək açıqlama verib. Mübarək viza tətbiqinin iş, Həcc və Umrə ziyarətlərindən asılı olmadığını sözlərinə əlavə edib. Həmçinin, qurum rəhbəri Turizm Komitəsinin İT şöbəsinin turist vizalarının çıxarılması üçün elektron sistem yaratdığını deyib.

İnterpress.az