Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Maqazin   Video  

"Pişik" Günel kimləri hədələdi? - "AĞILLI OLUN!"

“Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı ilə bağlı xəbərlərə münasibət bildirib.

Dərc edilib: 12 yanvar 2018 [13:46]
Baxış sayı: 11914

İnterpress.az xəbər verir ki, Lent.az-a açıqlama verən ifaçı bildirib ki, barəsində yazılan xəbərlər həqiqəti əks etdirmir: “Elə şeylər var ki, onlara əhəmiyyət verməyə bilərsən. Deyərsən: “Əşi, yazıb da...”. Yazılan bu məqalə mənim şəxsi həyatıma zərər vermirsə, cavab vermirəm. Amma bu, elə bir məslədir ki, susmaq mümkün deyil. Bu mövzuda mənim adımı hallandırmaqları sifarişli olub. Çünki yazını yazdılar, sonra da sildilər. Mənim çoxlu jurnalist dostlarım var. Amma nə edək ki, həqiqəti yazmayan jurnalistlər də var. Sizin vasitənizlə onlara demək istəyirəm ki, ağıllı olun. Elə sözlər var ki, onları bağışlamaq olar. Amma elə mövzular da var ki, keçmək olmaz. O xəbərlərdə mənim şəxsi həyatıma təsir edəcək yazılar olarsa, mən onlara cavab verəcəm”.

G.Ələkbərova bildirib ki, barəsində bir daha belə bir xəbərlər yazanlar olsa, onlarla məhkəmədə görüşəcək: “Artıq üzr istəməklərinə baxmayacam. Sözün açığı, mən məhkəməyə verməyi sevmirəm. Çünki indiki zəmanədə kim-kimə söz deyirsə, məhkəməyə verir. Amma mən bu məsələdə ciddiyəm. Söz xatirinə demirəm. Bundan sonra şərəf və ləyaqətimə toxunacaq cüzi bir şey yazarlarsa, onlar barəsində polisə şikayət edəcəm. Çünki hər kəsin evdə anası, bacısı, qardaşı var. Reytinq xatirinə belə şeylər eləmək lazım deyil. Mən öncədən xəbərdarlığımı etdim”.

Qeyd edək ki, bir neçə sayt G.Ələkbərovaya Cinayət Məcəlləsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verildiyi iddia edilmişdi.

İnterpress.az








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 40