Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyə XİN ölkə vətəndaşlarına ABŞ-a səfər etməməyi tövsiyə edib


Türkiyə Xarici İşlər Nazirliyi terror və həbs təhlükəsi ilə əlaqədar ölkə vətəndaşlarını ABŞ-a səfər etməməyi, səfər edəcəkləri halda ehtiyatlı olmağı tövsiyə edib.

Dərc edilib: 12 yanvar 2018 [14:09]
Baxış sayı: 11175

İnterpress.az xəbər verir ki, Türkiyə XİN-in ABŞ-a səyahətlə bağlı xəbərdarlığında bildirilir ki, ABŞ-da son zamanlar terror aktları və zorakılıq olaylarının artdığı müşahidə olunmaqdadır.

Eyni zamanda terror aktları ilə bərabər, avtomobillərin kütlələrin üzərinə sürülməsi, bu zaman şəhər mərkəzlərində kütləvi mədəni tədbirlər, metro stansiyaları, ictimai binalar, ibadət yerləri, hətta məktəb yataqxanalarının hədəf alınması hallarına rast gəlinir. Türkiyə XİN ABŞ-da yaxın vaxtlarda baş verən terror hadisələrini sadalayır, bunların terrorizm və zorakılıq nümunələri olduğunu qeyd edir. Xəbərdarlıqda Türkiyədən rəsmi səfərə gedən vətəndaşların ABŞ-da qanunsuz həbs olunduğu, FETÖ terror təşkilatının üzvlərinin və terror təşkilatına rəğbət bəsləyənlərin əsassız iddiaları əsasında məhkəmələrin qərar verdiyi vurğulanır.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamenti amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində təhlükəsizlik baxımından Türkiyəni Sudan və Venesuela kimi üçüncü risk qrupunda göstərib, Türkiyəyə səfər edəcək ABŞ vətəndaşlarına bu barədə yenidən düşünməyi tövsiyə edib. Bununla əlaqədar ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Filipp Kosnett Türkiyə XİN-ə çağırılıb və ona rəsmi Ankaranın narahatlığı çatdırılıb. (apa)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 39