Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Fazil Məmmədov Sahib Ələkbərovu vəzifəsindən azad etdi

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.

Dərc edilib: 12 yanvar 2018 [14:37]
Baxış sayı: 8551

İnterpress.az xəbər verir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.

Məlumat üçün bildirək ki, Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. İdmançı kimi karyerası ərzində dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibi olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 343