Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyəli məşhur hakim Tofiq Bəhramovun qərarını səhv adlandırıb


“VAR sistemi hakim səhvlərini sıfıra endirməz. Ancaq tarixə keçəcək ciddi səhvləri aradan qaldırar”.

Dərc edilib: 12 yanvar 2018 [16:27]
Baxış sayı: 13755

Apasport.az-ın məlumatına görə, bunu sabiq türkiyəli hakim Ahmet Çakar deyib.

İdman şərhçiliyi ilə məşğul olan 56 yaşlı Çakar yerli mətbuata müsahibə verib. Türkiyədə tətbiq ediləcək videotəkrara münasibət bildirən sabiq referi Azərbaycanın əfsanəvi hakimi Tofiq Bəhramovun 1966-cı ildəki qərarına da toxunub.

Onun fikrincə, həmin tarixdə Almaniya ilə İngiltərə arasında keçirilən dünya çempionatının finalında VAR sistemi olsaydı, Bəhramovun qərarının əksi baş verərdi: “VAR-la bağlı bir neçə misal çəkə bilərəm. Bu sistemdən son 30 ildə istifadə edilsəydi, dünya çempionatının finalındakı İngiltərə - Almaniya matçında azərbaycanlı yan xətt hakiminin verdiyi qol sayılmazdı. Həmçinin, Dieqo Maradonanın İngiltərənin qapısından keçirdiyi və sonradan “Tanrının əli” adlandırdığı qol ləğv olunardı. Dünya ulduzlarından Tyerri Anrinin “oğru Anri” adı almasına səbəb olan İrlandiya ilə qarşılaşmada əllə topu önünə atmasını da VAR sistemi tuta bilərdi. Məncə, Rusiyadakı dünya çempionatı bu sistem üçün ən önəmli test olacaq”.

Türkiyə futbolu ilə bağlı tez-tez tənqidi fikirlər səsləndirən, eyni zamanda ölkəsində idman yazarı kimi tanınan Çakarın 1966-cı ildəki mundialın tarixindən xəbərsiz olması diqqətdən qaçmayıb. Belə olmasaydı, 52 il öncəki dünya çempionatını 1988-ci ildəki Avropa çempionatına “sırımazdı”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 44