Buy Bitcoins with Credit Card

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Taekvandoçularımız gerilədilər

Dünya Taekvondo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.

Dərc edilib: 12 yanvar 2018 [16:54]
Baxış sayı: 405

İnterpress.az goal.az-a istinadən xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan ilk "onluq" yığmamızın üzvləri üçün elə də uğurlu alınmayıb.

Belə ki, Olimpiya çempionumuz Radik İsayev uzun fasilədən sonra dünya reytinqində liderliyi təhvil verib. Aktivində 431,72 xal olan təmsilçimiz +80 kq çəki dərəcəsində ikinci yerə enib. Onu Vladislav Larin qabaqlayıb. Rusiyalı taekvondoçu İsayevi 8,87 xal geridə qoyub.

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə mövqeyini itirib. Olimpiya mükafatçımız Radik kimi ikinci yerdədi. Onun aktivində 448,33 xalı var. Təmsilçimiz ilk pillədəki yerini Şeyx Saleh Junior Sisseyə (Fil Dişi Sahili, 515,54) təhvil verib.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də 1 rəqibini özündən irəli buraxıb. 8-ci pilləyə yerə enən həmyerlimiz 203,50 xala malikdi.

Qeyd edək ki, qadın taekvondoçuların reytinqində ilk "onluq"da Azərbaycan millisinin üzvləri yer almayıblar.

İnterpress.az












Oxşar xəbərlər

Müharibə başlasa, könüllü hərbi xidmətə gedərsinizmi?


Cəmi səslər: 30