Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Almaniyada sonra koalisiya hökumətinin qurulması haqqında razılıq əldə edilib

Almaniyada parlamentə keçirilən seçkidən 109 gün sonra kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik və Xristian-Sosialist partiyalarından ibarət blok Sosial-Demokratik Partiya ilə koalisiya hökumətinin qurulması ilə bağlı razılığa gəlib.

Dərc edilib: 12 yanvar 2018 [17:07]
Baxış sayı: 12004

İnterpress.az xəbər verir ki, yeni hökumət koalisiya müqaviləsi əsasında formalaşacaq.

Almaniya Sosial-Demokratik Partiyasının təmsilçiləri 28 səhifəlik sənədi təsdiqləyib. Onlardan əvvəl Angel Merkelin başçılıq etdiyi mühafizəkar blok həmin sənədə müsbət münasibət bildirmişdi.

Yaxın zamanda üç partiya mətbuat üçün bəyanatla çıxış edəcək. Bununla belə, Türkiyə ilə Avropa İttifaqı münasibətləri haqqında açıqlama verilib. Açıqlamada Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə əlaqədar yeni mövzu açmaq istəmədikləri, eləcə də bu məsələ ilə bağlı açılan mövzunu bağlamaq istəmədikləri bildirilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 39