Bakıda kürəkən qaynanasını döyübbackend

Bakıda kürəkən qaynanasını döyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Rusiyadan gəlmiş 1962-ci il təvəllüdlü Əsədullayeva Zibeydə Ziyad qızı qızının evində olarkən kürəkəni tərəfindən döyülüb. Nəticədə qadın qapalı kəllə-beyin travması alıb.
Yaralı 1 saylı Kliniki Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib. Məlumata görə, kürəkəni Z.Əsədullayevanı döyərkən sərxoş vəziyyətdə olub.
Fakt Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır.

İnterpress.az