Günəşsizlik kökəlməyə səbəb olurbackend

Günəşsizlik kökəlməyə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Novator.az-a istinadən məlumatına görə, bir qrup alimin \”Scientific Reports” jurnalında dərc olunmuş məqaləsində bildirilir ki, kliniki təcrübələr zamanı günəş şüası altında piy hüceyrələrinin biomühəndis modellərinin reaksiyası analiz edilib.

Eksperiment 1-ci dərəcəli diabet xəstələrinin yeni müalicə metodlarının axtarılması məqsədilə aparılıb. Amma mütəxəssislər gözlənilməz yeniliklə qarşılaşıb. Məlum olub ki, günəş şüası dəri altındakı piy damcılarını azaldır və onların piy hüceyrələrindən xaric olunmasına təsir edir. Başqa sözlə, günəş şüası insan hüceyrəsində piyin miqdarını azaldır.

Tədqiqatçıların əldə etdiyi nəticələrə görə, şimal bölgələri üçün xarakterik olan günəş şüası çatışmazlığı orqanizmi piy toplamağa məcbur edir və bu, gündəlik çəki artımına gətirib çıxarır.

Alimlər əldə etdikləri yeniliyi çəki azaltmaq məqsədilə yeni prosedurlar üçün başlanğıc hesab edir. Amma mütəxəssislər bu metodu hələlik müstəqil şəkildə tətbiq etməyi məsləhət görmür. Çünki arıqlamaq üçün nə qədər günəş şüası lazım olduğu hələ müəyyənləşməyib.

İnterpress.az