“Qanlı göl”də qadını boğub öldürdülərbackend

“Qanlı göl”də qadını boğub öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Sputnik-ə istinadən xəbər verir ki, yanvarın 10-da Yasamal rayonu Qanlı göl qəsəbəsində həyət evində 1958-ci il təvəllüdlü Namazova Nigar Koroğlu qızının meyiti tapılıb. Aparılan araşdırmalar zamanı qadının boğularaq öldürüldüyü üzə çıxıb və hadisəni törətmiş Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü İbrahimov Cavad Məmmədkərim oğlu tutulub. Məlum olub ki, o, daha əvvəl də məhkumuq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İnterpress.az