MM üzvü Fransaya səfər edəcəkbackend

MM üzvü Fransaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin mətbuat xidmətindən \”Ölkə.Az\”a verilən məlumata görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olan C. Feyziyev Strasburqda Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlər çərçivəsində Avropa Parlamentinin rumıniyalı üzvü xanım Norika Nikolayinin Azərbaycanla bağlı hazırladığı məruzə layihəsi ətrafında, həmçinin Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılcaq. Ümumilikdə C. Feyziyevin Avropa Parlamentinin 20-ə qədər üzvü ilə görüş keçirəcəyi gözlənilir.

Sonra millət vəkili Parisə səfər edəcək. Burada o, Azərbaycan-Fransa Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü qismində Fransa Senatında bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı ölkələrimiz arasında parlament əlaqələrinin hazırkı vəziyyəti və inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılacaq.

Səfər yanvarın 21-də başa çatacaq.

İnterpress.az