İsa Qəmbərin ürəyinə bir neçə stend yerləşdirildibackend

İsa Qəmbərin ürəyinə bir neçə stend yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov deyib.

F. İbrahimov bildirib ki, İ. Qəmbər xəstəxanaya gətirilərkən problemi çox ciddi olub: “Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İsa Qəmbər bir neçə gün xəstəxanada qalacaq. Bütün lazımi tədbirlər görülüb. O həkimlərin ciddi nəzarəti altındadır”.

O qeyd edib ki, ürəkgücləndirici müalicələr davam etdiriləcək.

Qeyd edək ki, ötən həftə Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

İnterpress.az