MTRŞ-dan Mirşahinin televiziya açmasına reaksiya: “Getsin açsın, bizə dəxli yoxdur”backend

MTRŞ-dan Mirşahinin televiziya açmasına reaksiya: “Getsin açsın, bizə dəxli yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bunun MTRŞ-ya heç bir aidiyyatı olmadığını deyib:

“Kimsə internet televiziyası açırsa, bunun MTRŞ-ya heç bir aidiyyatı yoxdur. Mən də saytlardan oxumuşam ki, Mirşahin internet televiziyası açır. Bunun bizə heç bir dəxli yoxdur, gedib açsın. Biz buna müdaxilə edə bilmərik. Biz MTRŞ tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində müsabiqə elan etmişdik. O, bununla bağlı bizə müraciət etməyib. Mirşahin müsabiqədə iştirak etsəydi, məlumatımız olardı”.

İnterpress.az