14 yaşlı  qız intihar etdi – Valideynləri boşanandan sonra…backend

14 yaşlı qız intihar etdi – Valideynləri boşanandan sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın yerli bürosunun məlumatına əsasən, 14 yaşlı azərbaycanlı qız ötən gecə özünü asıb.

İntihar edən Nərmin Şəfiyeva valideynləri boşandığına görə qardaşı ilə birgə 10 ildən artıq nənəsinin himayəsində yaşayıb.

Yeniyetmənin nənə və bibiləri tərəfindən məişət zorakılığı və işgəncələrə məruz qaldığı, son iki ildə onun məktəbə getməsinin qadağan edildiyi bildirilir.

Məlumata görə, qızın xarici ölkədə işləyən atası bu yaxınlarda övladlarına baş çəkməyə gəlib. Yeniyetmə atasından onu özü ilə aparmasını xahiş etsə də, o, buna razı olmayıb.

İnterpress.az