Qətər kral ailəsinin üzvü BƏƏ-də “iradəsinə zidd olaraq saxlanıldığını” bəyan edibbackend

Qətər kral ailəsinin üzvü BƏƏ-də “iradəsinə zidd olaraq saxlanıldığını” bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şeyx Abdullah bin Əli ət-Tani bu barədə bəyanatını YouTube kanalında yerləşdirdiyi video vasitəsilə bazar günü yayıb.

Keçən il Səudiyyə Ərəbistanı ilə Qətər arasında baş vermiş diplomatik böhranla bağlı keçirilmiş danışıqların baş tutması üçün şeyx Abdullah bin Əli ət-Tani səylər göstərib.

Şeyx bəyan edib ki, onu saxlayan Əbu-Dabi vəliəhdidir, və onun başına bir iş gəlsə, şeyx vurğulayıb, buna görə \”bütün məsuliyyət\” vəliəhdin üzərinə düşəcək.

BƏƏ rəsmisi bu ittihamları rədd edib.

Qətər əmirinin əmisi olan Qətər şeyxi, yaydığı videoyazıda hazırda Əbu-Dabidə oluğunu bildirib.

\”Şeyx Məhəmmədin qonağıyam. Lakin bu, qonaq olduğuma bənzəmir. Daha çox, \”əsirliyi\” xatırladır. Onlara mənə deyib ki, heç yerə tərpənməyim\”, – videokameraya danışan Qətər şeyxi deyib.

\”Mənim başıma bir iş gəlsə, Qətərin bunda günahı olmayacaq\”, – şeyx davam edib.

Əbu-Dabinin təhsil departamentinin və antiterror mərkəzinin rəhbəri Əli Rəşid ən-Nuaimi yaydığı tvitter postlarında bildirib ki, şeyx Abdullah \”istədiyi an\” istədiyi yerə getməkdə sərbəstdir.

Səudiyyə və regionun digər ölkələri 2017-ci ilin iyun ayında Qətərlə əlaqələri kəsəndən sonra, qətərli zəvvarların Səudiyyə Ərəbistanına həcc ziyarətinə gəlmələrini mümkün etmək üçün şeyx Abdullah, Səudiyyə tərəfi ilə danışıqlar aparıb və bu məsələnin həllinə nail olub. (bbc)

İnterpress.az