İlham Əliyev Baş nazir ilə görüşdü –  – YENİLƏNİB – FOTObackend

İlham Əliyev Baş nazir ilə görüşdü – – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azərbaycan və Bolqarıstan arasında çox sıx, dostluq münasibətləri qurulub və bu münasibətlər bizim səylərimizlə möhkəmlənir\”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla geniş tərkibdə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz bu gün siyasət və enerji sahələrində bir çox mühüm ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Mən cənab Baş naziri Bolqarıstanın Avropa İttifaqındakı sədrliyi münasibətilə təbrik etdim. Bu, ölkənizin böyük uğurudur, böyük məsuliyyətdir. Əminəm ki, siz bu mühüm vəzifənin öhdəsindən layiqincə gələcəksiniz”.

Azərbaycan Prezidenti bildirib ki, bu gün nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi və enerji sahələrində mühüm məsələlər müzakirə ediləcək:

\”Bizi bir çox şeylər birləşdirir, bizi birləşdirən əsas dəyərlər isə xalqlarımız və ölkələrimizin rəhbərlikləri arasında dostluq münasibətləridir. Çox şadam ki, 2018-ci il bizim dostumuzun səfəri ilə başlayır”.

***

İnterpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İlham Əliyev Baş nazir ilə görüşdü -  - YENİLƏNİB - FOTO

İnterpress.az